Tehranda zəlzələ baş verib.
APA-nın Tehrandakı müxbirinin verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi zəlzələnin maqnitudasının 4.1, dərinliyinin isə 8 kilometr olduğunu açıqlayıb.
Zəlzələ bu gün saat 15:28-də Tehranın şimal-şərqində yerləşən Buməhn mərkəzində qeydə alınıb və bəzi bölgələrdə hiss olunub.
"Cebheinfo.az"