AZ

Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq

Bakı. Trend:

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmişburaxılış imtahanının nəticələri ilə bağlı apellyasiyamüraciətlərinin vaxtı açıqlanıb.

Trend Dövlətİmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektronərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradanApellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektronərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli,onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinəuyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətinməzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir.

Qeyd olunub ki, ötən imtahanların təcrübəsi apellyasiya üçünərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavabvermədiyini və ya öz cavabı ilə mümkün doğru cavabları,qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyayamüraciət etdiklərini göstərir:

"Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərəbaxılmayacaq", - məlumatda vurğulanıb.

Seçilən
17
3
az.trend.az

4Mənbələr