Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda daha bir komandanın yarışlardan kənarlaşdırılmasına qərar verilib.
Belə ki, AFFA U-12 Liqasında keçirilməli olan “Şorsu” (Şəki) – “Alfa” (Zaqatala) oyunu “Şorsu” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Şəki komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Şorsu” yarışdan kənarlaşdırılıb.