AZ

Hidayət Heydərov finalda uduzdu - AÇ

Cüdoçumuz Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

"Football-plus.az" xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Heydərov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib. Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğlunu məğlub edib. O, finalda 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib. Cüdoçumuz həm də 1 dəfə dünya çempionu olub.

Seçilən
1
8
football-plus.az

10Mənbələr