AZ

Millimiz Gürcüstana da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Həbib Ağayevinin komandası bu gün Gürcüstanla ilə üz-üzə gəlib.

Xorvatiyanın Luçko şəhərində keçirilən görüşGürcüstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.

Qrupun digər matçında Xorvatiya Çexiyaya qalib gəlib - 1:0.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Seçilən
0
3
football-plus.az

4Mənbələr