Rusiyanın Usinsk şəhərində Zaqafqaziya sakini 19 yaşlı qızı zorlayıb.
Medianews.az xəbər verir ki, iş materiallarında göstərildiyi kimi, hadisə bayram günlərində, yanvarın 4-də baş verib.
Hücum edən şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə cinayət işi açılıb. Hazırda hadisənin başvermə şəraiti aydınlaşdırılır.
Daha sonra Rusiya İstintaq Komitəsinin sədrinə istintaqın gedişi ilə bağlı hesabat təqdim olunacaq.