AZ

Asiyanın ən varlı adamı o oldu


92,6 milyard dollarlıq sərvəti ilə hindistanlı milyarder Qautam Adani Asiyanın ən varlı adamı olub.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, o bu sərvəti ilə həm də dünyanın 19-cu ən varlı adamıdır.
Agentliyin məlumatına görə, uzun müddətdir ki, qitənin milyarderlər siyahısında 90,8 milyard dollarlıq sərvəti ilə birinci yeri tutan hindistanlı sahibkar Mukeş Ambani ikinci yerə, qlobal miqyasda isə 20-ci yerə düşüb.
2026-cı ildə fond bazarındakı qiymətlərin kəskin dəyişməsi səbəbindən Adaninin konqlomeratı “Adani Group”un aktivləri 8,1 milyard dollar artıb. Ambaninin “Reliance Industries” şirkəti isə 16,9 milyard dollar itirib.
Dəyişkən dinamika cümə axşamı günü Bombey Fond Birjasında keçirilən ticarət əməliyyatları ilə təsdiqlənib. Burada “Adani Group” qiymətli kağızları yenidən kəskin şəkildə bahalaşıb və nəticədə, Qautam Adaninin sərvəti bir gündə 3,6 milyard dollar artıb.
“The Economic Times” qəzetinin verdiyi məlumata görə, Adani və Ambaninin sərvətindəki kəskin dəyişikliklər Hindistanın etalon indekslərinin düşməsi ilə əlaqədar baş verib.
Seçilən
0
7
yeniavaz.com

8Mənbələr