AZ

Piyada olmağın peşmanlıq gətirdiyi yerlər: Səkilər niyə işğal altındadır?

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında Yeni Yasamalda yol hərəkətinin təşkilindəki mövcud problemlər diqqətə çatdırılıb.

Bildirilib ki, qəsəbənin Əsəd Əhmədov, Məhəmməd Xiyabani, Dadaş Bünyadzadə və Murad Mirzəyev küçələrində piyada səkiləri ya çox ensizdir, ya da müxtəlif obyektlər tərəfindən zəbt olunub.

Baku TV-nin xəbərinə görə, xüsusilə yol kənarında yerləşən avtoyuma məntəqələri və digər obyektlər piyadaların hərəkətini çətinləşdirir, onları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir.

Qeyd edilib ki, Əsəd Əhmədov küçəsində yağışdan sonra asfalt örtüyünün çökməsi, eləcə də bəzi küçələrdə piyada keçidi xətlərinin olmaması ərazidəki problemləri daha da artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
baku.ws

2Mənbələr