AZ

Hakan Fidan: Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir

Bölgədə müxtəlif böhranlar davam edir. Şimalda Rusiya–Ukrayna müharibəsi, Suriya və İranda baş verən proseslər, eləcə də Sudandakı daxili qarşıdurmalar regional sabitliyə mənfi təsir göstərir.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.

O bildirib ki, bu kontekstdə Türkiyə regionda dialoqa vasitəçilik edə bilən ölkələrdən biridir:

"Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün məsuliyyət daşıdığını və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirir. Regionların müharibə, terror və işğal risklərindən uzaqlaşdırılması əsas məqsədlərimizdən biridir".

Seçilən
29
far.az

1Mənbələr