AZ

Aygül Məlikova: “Fiziki təhlükəsizlik qədər, emosional təhlükəsizlik də həyati əhəmiyyət daşıyır”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə ard-arda məktəblərə həmi məktəbin şagirdi tərəfindən silahlı basqın edilməsi ölkədə böyük narahatlıq yaradıb. Bu hadisədən stressə düşən valdieynlər haqlı olaraq artıq övladlarını məktəbə qoymayacağını və onların həyatlarını təhlükəyə atmaq istəmədiklərini bildiriblər.Bəs yeniyetmələrdə aqressiyanın ortaya çıxmasının əsas psixoloji səbəbləri nədir? Zorakılıq məzmunlu kompüter oyunlarının bu davranışlara nə kimi təsiri var?

Psixoloq Aygül Məlikova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaq üçün məktəb təhlükəsiz zonadır: “Belə hadisələr xüsusi ilə də məktəb kimi təhlükəsiz sayılan məkanların bu cür hadisələrin mərkəzinə çevrilməsi cəmiyyətdə çox dərin sarsıntılar, insanlarda qorxu, həm də güvən itkisi yaradır. Bu sadəcə bir təhlükəsizlik problemi deyil, həm də psixoloji və sosial bir travmadır. Uşaq üçün məktəb təhlükəsiz zonadır, bu zonanın pozulması onların güvən hissini zəiflədə, ayrılıq və təşviş problemini artıra bilir, travmatik yaddaşı formalaşdıra bilir. Valideynlər və müəllimlər də üçün vəziyyət asan deyil. Onlar həm öz emosiyalarını idarə etməli, həm də uşaqlara dəstək olmalıdırlar. Belə hallarda ən vacib məqamlar uşaqlarla açıq, amma qorxutmayan dildə danışmaqdır. Onların suallarını, ciddiyə almaq, “sən təhlükəsizsən” mesajına davamlı olaraq vermək lazımdır. Məktəblərdə psixoloji dəstək mexanizmini gücləndirmək lazımdır. Bu hadisə bizə bir şeyi xatırladır ki, fiziki təhlükəsizlik qədər, emosional təhlükəsizlik də həyati əhəmiyyət daşıyır”.

Aygül Məlikova həmçinin deyib: “Açıqlamalarda bildirilir ki, uşaq PUBG oyunu oynayır və oyunu oynadıqdan bir müddət sonra atasına belə bir ifadə işlədir ki, “məktəbdə mənə qarşı silahlı hücum etmək istəyirlər”. Valideynlər övladlarının psixoloji durumunu bildikləri halda, onu qorumaq və bununla bağlı terapiya, dəstək almaq əvəzinə uşağı bir poliqona apararaq atış etməsini dəstəkləyirlər. Onu da qeyd edim ki, atanın özünün də evdə silahları olur və belə bir hal uşağın onsuz da zəif olan reallıq qavrayışını daha da sarsıdır. Reallıq qavrayışı pozulmuş bir uşaq üçün bu cür onlayn oyunlar psixoloji durumu daha da ağırlaşdıran amillərdən biri olur. Reallıq qavrayışı itmiş bir uşaq üçün isə yaşadıqları sadəcə xəyal dünyasında baş vermiş kimi qəbul olunur.

Belə bir halların yarandığı təqdirdə valideynlər mütləq uşaqlarını həm uşaq və yeniyetmə psixiatrına, həm də psixoloqa aparmalı, dəstək almalıdırlar. Reallıq qavrayışının itirməsinə səbəb olan faktorları aradan qaldırmaq lazımdır. Təbii ki, bu valideynlərin edə biləcəyi tərəflərdir. Valideynlər öz növbələrində uşaqlarının baş verən problemlərinin fərqində olublar, bilirlər , amma görməzdən gəliblər. Kiçik bir davranış pozuntusu yaşamış olan övladlarının belə problemələrini nə qədər görməzdən gələcəklərsə, bu kimi hallar qaçınılmaz olacaq. Valideynlərin problemi qəbul etməməsi uşaqlarında problem olmaması mənasına gəlmir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr