AZ

Yoxa çıxan insanlar və sirli ölümlər Trampın cavabı şübhələri daha da artırdı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son vaxtlar ABŞ-də gizli kosmik və nüvə layihələri üzərində çalışan alimlərin ölümü və ya itkin düşməsi müzakirələrin mərkəzindədir və bu hadisələrin təsadüf olub-olmadığı ilə bağlı şübhələr artır.

Bu barədə yerli mətbuata açıqlama verən Tramp tezliklə həqiqətin ortaya çıxacağını bildirib.

"Ümid edirəm ki, bu, təsadüfdür, amma növbəti həftə yarım ərzində təsadüf olub-olmadığını öyrənəcəyik, yəni həqiqəti öyrənəcəyik. Mən bu barədə görüşdən yeni çıxdım. Bu, çox ciddi bir məsələdir... Bəziləri çox vacib insanlar idi və biz bunu qısa müddətdə araşdıracağıq", -deyə o qeyd edib.

Qeyd edək ki, itkin düşənlər arasında məşhur adlardan biri də Hərbi Hava Qüvvələri sabiq general-mayoru Uilyam Neil Makkaslanddır. Rayt-Patterson Hərbi Hava Qüvvələri Bazasında gizli proqramlarda xidmət edən Makkaslandın itkin düşməzdən əvvəl ruhi sağlamlıq problemləri olduğu iddia edilir.

Siyahıda Los Alamos Milli Laboratoriyası ilə əlaqəli işçilərin, NASA mühəndislərinin və özəl sektor alimlərinin olduğu da bildirilir. Bəzi şəxslərin qətlə yetirildiyi, digərlərinin isə yoxa çıxdığı iddia edilir.

Müxtəlif sui-qəsd nəzəriyyələri internetdə yayılsa da, hallar arasında birbaşa əlaqəyə dair konkret dəlil yoxdur. Rəsmilərin uzun müddətdir dəqiq bir açıqlama verməməsi isə şübhələri daha da artırır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr