AZ

Viktoriya Bekhem ailəsindəki qalmaqaldan danışdı

Əfsanəvi futbolçu və "İnter Mayami"nin prezidenti Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem ilk dəfə ictimai şəkildə böyük oğlu Bruklinlə ailədaxili gərginlik barədə danışıb.

Publika.az xəbər verir ki, o, həyat yoldaşı ilə birlikdə həmişə övladlarını qorumağa və sevməyə çalışdıqlarını bildirib. "The Wall Street Journal"a verdiyi müsahibədə "Spice Girls" qrupunun 51 yaşlı keçmiş üzvü vəziyyətə ehtiyatla münasibət bildirib.

O, oğlunun adını birbaşa çəkməsə də, davam edən ailə münaqişəsinə ilk dəfə dolayı şəkildə toxunub:

“Düşünürəm ki, biz həmişə uşaqlarımızı çox sevirik. Həmişə bacardığımız ən yaxşı valideyn olmağa çalışmışıq.

Biz artıq 30 ildən çoxdur ki, ictimaiyyətin diqqətindəyik və hər zaman etdiyimiz yeganə şey uşaqlarımızı qorumaq və sevmək olub. Bu barədə demək istədiyim əsas şey budur”.

Seçilən
15
publika.az

1Mənbələr