AZ

Xəzər sahilinə yüzə yaxın ölü suitinin cəsədi çıxıb

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb. Rəsmi məlumata görə, aprelin 17-nə olan vəziyyətə əsasən, Tupkaraqan rayonu ərazisində sahil zolağında çoxsaylı suitilərin cəsədləri aşkarlanıb. Hadisə yerinə cəlb olunan mütəxəssislər heyvanların ölüm səbəblərini müəyyən etmək üçün nümunələr götürüblər. Komitənin açıqlamasında bildirilib ki, Hidrobiologiya və Ekologiya İnstitutunun məlumatına əsasən, suitilər təxminən bir ay əvvəl tələf olub. Onların cəsədlərinin isə yaxın günlərdə baş verən güclü qərb küləkləri və fırtına nəticəsində sahilə çıxarıldığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
19
Ajans.az

1Mənbələr