AZ

Brüsseldə Azərbaycan-Aİ danışıqlarında ikitərəfli saziş üzrə əhəmiyyətli irəliləyiş əldə edildi

BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” hesabında bildirib.

Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə Aİ-Azərbaycan danışıqları keçirilib.

Diplomat qeyd edib ki, gələcəyə yönəlik səmərəli danışıqlar keçirilib.

“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər”, - Kuyundziç əlavə edib.

Seçilən
7
6
teleqraf.com

8Mənbələr