AZ

Özünü ərzaq məhsulları ilə TAM TƏMİN EDƏN ÖLKƏ

Yazını böyüt
Yazını kiçilt

Qida təhlükəsizliyi məsələsinin qlobal miqyasda getdikcə daha vacib hala gəldiyi bir vaxtda bəzi ölkələrin özünü tam təmin edə bilməsi xüsusilə diqqətəlayiqdir. Ekspert təhlillərinə görə, dünyada yalnız bir ölkə - Qayana  bütün əsas ərzaq qruplarında tam müstəqillik əldə edib.

Hafta.az yazır ki, bu yeddi qrupa ət, süd məhsulları, balıq, nişasta məhsulları, lobya, qoz-fındıq, meyvə-tərəvəz daxildir. Qayana bütün bu sahələrdə daxili ehtiyaclarını tam ödəyən və demək olar ki, idxal tələb etməyən azsaylı ölkələrdən biridir.

Bu, ölkədə kənd təsərrüfatı sisteminin yaxşı qurulduğunu, təbii sərvətlərdən səmərəli istifadə edildiyini və daxili istehsalın davamlı olaraq inkişaf etdiyini göstərir.

Özbəkistan da bu baxımdan pis nəticələr göstərmir. Məlumatlara görə, ölkə beş əsas ərzaq qrupu üzrə özünü təmin edir. Bu, milli kənd təsərrüfatı potensialının yüksək olduğunu göstərir.

Ekspertlərin fikrincə, ərzaq müstəqilliyinə nail olmaq təkcə iqtisadi sabitlik üçün deyil, həm də milli təhlükəsizlik üçün amildir. Buna görə də bir çox ölkələr bu istiqamətdə islahatların və investisiyaların gücləndirilməsinə xüsusi diqqət yetirirlər.

Seçilən
16
hafta.az

1Mənbələr