AZ

Şeyxzamanovun qardaşı qızının meyiti tapıldı


Bakı şəhərinin Nəsimi rayonunda, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərdən birində 71 yaşlı qadının meyiti aşkarlanıb.
Yeniavaz.com
ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərib və elmlər doktoru olub. O, həmçinin mərhum Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızı idi.
Məlumata əsasən, uzun müddətdir tək yaşayan qadın bir həftədən artıq idi ki, evdən çıxmırdı. Binadan yayılan xoşagəlməz qoxuya görə qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və mənzilə pəncərədən daxil olduqdan sonra qadının hamam otağında vəfat etdiyi müəyyən edilib.
Bildirilir ki, L. Şeyxzamanovanın təxminən 10 gün ərzində işə gəlməməsi həmkarlarının diqqətini çəkib və onlar 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Bundan sonra FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə gəlib və müvafiq tədbirlər görərək meyiti mənzildən çıxarıblar.
Seçilən
15
yeniavaz.com

1Mənbələr