AZ

Vəsiqəsi olmadan sərxoş halda maşın sürərkən yaxalandı Qaradağ postunda VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qaradağ rayonu ərazisində yerləşən stasionar yol polisi postunda “VAZ” markalı avtomobilin sürücüsü saxlanılmaqdan yayınmağa cəhd göstərib. Ona verilən “Saxla” əmrinə tabe olmayan sürücü hərəkətini davam etdirib.

Avtosfer.az xəbər verir ki, görülən operativ tədbirlər nəticəsində nəqliyyat vasitəsi Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı avtomobili idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük hüququnun olmadığı və sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.

Sürücü tibbi müayinədən keçməyə dəvət olunsa da, məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb. Lakin bu cəhdlər nəticəsiz qalıb.

Faktla bağlı müvafiq sənədləşdirmə aparılıb və C.Novruzov ərazi polis orqanına təhvil verilərək inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdləri nəticə vermir və bu kimi hallara qarşı daha sərt tədbirlər görüləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
avtosfer.az

1Mənbələr