AZ

Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Avropanın daha güclü liderə ehtiyacı var və bu, dünyanın yenidən formalaşması baxımından vacibdir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O bildirib ki, Avropa İttifaqı bölgədə baş verən hadisələrdə mühüm rol oynaya bilər:

"Türkiyə ilə Avropa arasında əməkdaşlığın inkişaf etdirilməsi gözlənilir. Türkiyə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirir. Coğrafi baxımdan Türkiyə Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşir və bu böyük əməkdaşlıq çərçivəsində mühüm rol oynaya bilər".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr