AZ

Azərbaycanda yağ və ət problemi yaşanır

Son vaxtlar alıcılar marketlərdə keyfiyyətli kərə yağı tapmaqda çətinlik çəkirlər. 

Əvvəllər mağazalarda daha çox seçim olurdu, xüsusilə də xaricdən gətirilən yağlar geniş yayılmışdı. Azərbaycan bazarına yağın böyük hissəsi İran, Rusiya və Ukrayna kimi ölkələrdən idxal edilirdi. 

Amma son dövrlərdə bu sahədə vəziyyət dəyişib. İranla iqtisadi əlaqələrin əvvəlki aktivliyini itirməsi, eyni zamanda Rusiya–Ukrayna müharibəsinin yaratdığı istehsal və logistik çətinliklər bazara idxalın həcmini azaldıb. 

Nəticədə həm çeşid, həm də keyfiyyət baxımından müəyyən boşluqlar yaranıb. Eyni zamanda, yerli istehsal göstəricilərində də dəyişiklik qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin I rübündə Azərbaycanda 13 min 919,9 ton duru bitki yağı və 5 min 918,9 ton kərə yağı istehsal olunub. 

Duru yağ istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artsa da, kərə yağı istehsalında 8 faiz azalma qeydə alınıb. Bu rəqəmlər bazarda müşahidə olunan dəyişikliklərin həm idxal, həm də yerli istehsal amilləri ilə bağlı olduğunu göstərir. 

“Dünyada və Azərbaycanda yağ və ət problemi yaşanır. Dabaq xəstəliyi bütün dünya ölkələrində özünü göstərib. Bu, illərlə mənfi təsirləri davam edən ciddi xəstəlikdir. Qonşu ölkələrdə gedən müharibələr də ölkədə keyfiyyətli yağın azalmasına təsir göstərib. 

Azərbaycan çox yağ istehlak edən ölkədir. Mən bu yaxınlarda Çində olmuşdum. Çində ildə bir nəfərə düşən yağ miqdarı yarım kiloqramdır. Azərbaycanda isə bu rəqəm qat-qat yüksəkdir”. 

O qeyd edib ki, yerli süd istehsalı da ciddi şəkildə azalıb: 

“Məsələn, əvvəllər gündə 2000 litr süd istehsal edən fermer təsərrüfatları indi 500–600 litr süd əldə edə bilirlər. Buna həm bazarın daralması, həm də heyvandarlığın zəifləməsi təsir göstərir. 

Yaxşı haldır ki, dünyanın ən böyük yağ istehsalçılarından biri olan Yeni Zelandiyadan Azərbaycana yağ gətirilməsində problem yoxdur. Oradan mütəmadi olaraq ölkəmizə yağ idxal edilir. 

Eləcə də Fransadan və Almaniyadan Azərbaycana keyfiyyətli yağ gətirilir. Təəssüflər olsun ki, Azərbaycanda yerli istehsal hələ də aşağı səviyyədə qalmaqdadır”.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr