AZ

31 yaşlı qadın iki həftədir yoxa çıxıb FOTO

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllıda 31 yaşlı qadın itkin düşüb.

Moderator.az xəbər verir ki, rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-si yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxarkən əynində qara rəngli jilet və şalvar olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
24
moderator.az

10Mənbələr