AZ

NATO və Avropa Komissiyasına qarşı "Paris şoku" – Makron Rütte və fon der Lyayeni sammitdən qovdu

Böyük Britaniyanın baş naziri Kir Starmerin Hörmüz boğazındakı böhranla bağlı təşkil etdiyi sammitdə Fransa və İngiltərə arasında ciddi diplomatik qalmaqal yaşanıb.

Musavat.com xəbər verir ki, "Financial Times" (FT) nəşrinin yaydığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makron NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu mühüm görüşdə iştirakına qəti şəkildə mane olub.

Mənbələrin verdiyi məlumata görə, Yelisey sarayı Böyük Britaniya tərəfinin təklif etdiyi dəvətli siyahısından hər iki yüksək rütbəli rəsminin adını iki dəfə nümayişkaranə şəkildə silib. Fransa tərəfi bu addımını sammitin yalnız hökumət başçıları formatında keçirilməsini üstün tutması ilə əsaslandırıb. Lakin ekspertlər hesab edirlər ki, Makronun bu hərəkəti Avropanın "strateji muxtariyyəti"ni nümayiş etdirmək və NATO-nun (dolayısı ilə ABŞ-ın) Hörmüz boğazındakı dəniz blokadası və müharibə prosesindəki hegemonluğuna etiraz etmək məqsədi daşıyır. Bu hadisə həm də Avropa ölkələrinin İrandakı gərginlik fonunda vahid mövqedən çıxış edə bilmədiyini və NATO rəhbərliyi ilə aparıcı Avropa paytaxtları arasında ciddi ixtilafların olduğunu sübut edir. Belə bir vaxtda NATO və Aİ liderlərinin strateji müzakirələrdən kənarda saxlanılması Vaşinqton tərəfindən də narazılıqla qarşılanıb və sammitin legitimliyini sual altına qoyub.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr