Fransa millisi Şimali İrlandiya komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "xoruzlar" sosial şəbəkə hesabı üzərindən yayıb.
Bu oyun Fransa yığması üçün DÇ-2026-dan əvvəl sonuncu oyun olacaq. Oyun iyunun 8-də Lilldə keçiriləcək.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq. I qrupunda yer alan Fransanın rəqibləri Seneqal, Norveç və İraq yığma komandaları olacaq.