ain.az, 525.az saytına istinadən bildirir.
“Birinci siniflərdə qiymətləndirmə aparılmadığı üçün ev tapşırıqları məcburi sayılmır. Lakin bəzi hallarda şagirdlərə artıq yük verilməsi həm valideyn narazılığına, həm də uşaqların dərsə marağının azalmasına səbəb olur”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az-a bildirib. Şura katibi vurğulayıb ki, aşağı siniflərdə ev tapşırıqları ya tamamilə ləğv olunmalı, ya da minimum səviyyəyə endirilməlidir. O vurğulayıb ki, əsas məqsəd uşaqlarda motivasiyanı qorumaq və onların düşünmə qabiliyyətini inkişaf etdirməkdir:
“Fikrimcə, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilməlidir. Ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir. Müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.