AZ

Röya Ayxandan ilin növbəti dueti

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ili özü üçün “duetlər ili” elan edən Xalq artisti Röya Ayxan uğurlu layihələr silsiləsini davam etdirir.

OLAY yazır ki, ilin əvvəlindən etibarən bir-birinin ardınca maraqlı duetlər təqdim edən pop ulduz bu dəfə yeni “Ay qız” mahnısı ilə dinləyicilərinin qarşısına çıxıb.

Yeni musiqi parçası İsmail Zadə tərəfindən bəstələnib. Mahnının sözləri isə Həmid Məmmədli imzasını daşıyır. “Ay qız” bu dəfə duet formatında təqdim olunub. Röya Ayxan mahnını yaxın dostu Əkbər Əliyev ilə birlikdə səsləndirib.

Layihədə sənətçinin qardaşı İsmail Zadə ilə əməkdaşlıq yenidən diqqət çəkir. Ard-arda hitlər ərsəyə gətirən İsmail Zadə hər yeni işi ilə dinləyicilərin marağını qorumağı bacarır.

Ekran işi rejissor Roman Yaşar tərəfindən hazırlanıb. Layihənin musiqi tərtibatında Oğuz Yılmaz yer alıb

“Ay qız” artıq sosial platformalarda səs salaraq hitə çevrilməyə namizəddir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
5
olay.az

6Mənbələr