AZ

Alimlər infarkt və insult riskini azaldan məşhur dərmanı AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın Nottingham Universiteti alimləri müəyyən ediblər ki, podaqra xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar infarkt və insult riskini də azalda bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Internal Medicine" jurnalında dərc olunub.

Söhbət əsasən Allopurinol preparatından gedir. Bu dərman qanda sidik turşusunun (uratın) səviyyəsini azaltmaqla podaqra simptomlarını yüngülləşdirir.

Alimlər 110 minə yaxın podaqra xəstəsinin məlumatlarını təhlil edərək onları iki qrupa bölüblər. Birinci qrupda urat səviyyəsi müalicədən sonra normaya salınıb, ikinci qrupda isə bu göstərici yüksək qalıb.

Nəticələr göstərib ki, urat səviyyəsi normaya endirilən xəstələrdə növbəti beş il ərzində infarkt, insult və bu səbəbdən ölüm halları daha az qeydə alınıb. Xüsusilə yüksək risk qrupuna daxil olan şəxslərdə bu təsir daha qabarıq olub.

Bundan əlavə, urat səviyyəsinin daha da aşağı salınması riskin daha çox azalması ilə əlaqələndirilib. Həmçinin bu xəstələrdə podaqra tutmalarının da daha az baş verdiyi müşahidə olunub.

Alimlər qeyd edirlər ki, düzgün dozada seçilən müalicə həm podaqranın idarə olunmasına, həm də ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edə bilər.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
redaktor.az

2Mənbələr