AZ

Əyləncə növü, simvolik cəza, adət, hörmət, bəxt açarı ... Eşşəyə tərs minmək nə anlama gəlir? Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulağa tərsinə minmək motivinə Avropa, Amerika və Asiya folklorunda tez-tez rast gəlinir (yalnız eşşəklərdə deyil, bəzi mədəniyyətlərdə atlarda, öküzlərdə və dəvələrdə də üzü arxaya minmək motivinə rast gəlinir). Bu, xalq əyləncəsinin bir formasıdır. Lakin sosial asayişi pozduğuna inanılan davranışların simvolik cəzalandırılması həmin şəxslərin eşşəyə tərs mindirilərək həyata keçirilirdi.

Qərbdə eşşəyə minmək ritualının mənşəyi qədim dövrlərə gedib çıxır. Azərbaycanda deyirlər ki, “eşşəyə tərs minənlərin bəxti açılar”. Amma bəxtlə eşşəyin nə əlaqəsi? Güya ailə həyatı qura bbilməyən qızları eşşəyə tərs mindirdikləri zaman bəxti açılarmış.

Eşşəyə tərsinə minmək haqda maraqlı bir lətifə də var. Bir gün, Xoca Nəsrəddin məsciddən çıxanda arxasınca bir qrup insanın gəldiyini görüb, eşşəkdən düşüb, eşşəyə tərsinə minir. Onu görənlər bunun səbəbini soruşurlar. Xoca Nəsrəddin deyir: “Hörmətsizliyi sevmədiyim üçün eşşəyimi belə minməyə qərar verdim. Siz mənim arxamca gəlirsiniz, əgər mən eşşəyə düz şəkildə minsəydim, arxamı sizə çevirmiş olacaqdım. Bu da səhvdir”…

Həmin dövrlərdən eşşəyə tərs minmək adət olaraq qalıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr