AZ

Azərbaycan QHT ləri 2025 ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Mayın 14-də - “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənilir. Hər iki beynəlxalq tədbirdə də Agentlik tərəfdaş qismində çıxış edəcək.Demokrat.az xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.İdarə Heyətinin sədri Agentliyin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Prezident İlham Əliyevin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86 faiz, 2023-cü ildə 88 faiz, 2024-cü ildə 97 faiz, 2025-ci ildə isə 98.5 faiz təşkil edib.2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
demokrat.az

3Mənbələr