AZ

“Cəmilə” musiqili tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Toktogul Satılqanov adına Qırğız Milli Filarmoniyası dahi qırğız yazıçısı Çingiz Aytmatovun əsəri əsasında hazırladığı “Cəmilə” musiqili-tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev Qırğızıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin hazırda yeni inkişaf mərhələsini yaşadığını qeyd edib.

“Xalqlar arasında dostluq münasibətləri birgə layihələr vasitəsilə daha da möhkəmlənir. “Cəmilə” əsəri əsasında hazırlanan müzikl-tamaşa sevgi, ləyaqət və insanpərvərlik kimi ali dəyərləri tamaşaçılara çatdırır”,- deyə Mirbek Mambetaliyev əlavə edib.

Daha sonra qonaqlar tamaşanı izləyiblər.

“Cəmilə” Çingiz Aytmatovun 1958-ci ildə qələmə aldığı ilk iri həcmli povestlərdən biridir. Əsərdə Daniyar ilə Cəmilənin məhəbbəti gənc Seyidin dili ilə təsvir olunur.

Musiqili tamaşada əsas rolları Ayzada Mukanbet Kyzy, Tamga Aybek Kyzy, Kural Çokoyev və Miran Janarbayev ifa edir.

“Cəmilə”nin quruluşçu rejissoru Qırğızıstanın Əməkdar artisti Bolot Tentimişov, layihə rəhbəri Xalq artisti Qyrgyzbay Osmonovdur. Librettonun müəllifləri Əməkdar mədəniyyət xadimi Zayidin Uulu Ulan, Əməkdar artist Bolot Tentimişov, bəstəkarı isə Əməkdar artist Murzali Jeenbayevdir.

Yalçın Adıgözəlov Opera və Balet Teatrında işdən çıxdı

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr