AZ

Fuad Nağıyev: 2025-ci ildə turizmin qeyri-neft iqtisadiyyatındakı payı ilk dəfə 5,3 faizə çatıb

Bakı, 17 aprel, AZƏRTAC

2025-ci ildə Azərbaycanda turizmin qeyri-neft sektorundakı payı ilk dəfə 5,3 faizə çataraq 0,6 faiz bəndi artıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, turizm sektorunun ölkə iqtisadiyyatına töhfəsi 7,5 faizə yüksəlib.

“Eyni zamanda, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı əvvəlki illə müqayisədə 34 faiz artıb ki, bu da pandemiya dövrünün göstəricilərini xeyli üstələyir. Turizm 20-dən çox sahəni əhatə edir və əhəmiyyətli multiplikativ effekt yaradır. Xüsusilə nəqliyyat kimi sahələrdə onun payı 60 faizə qədər çata bilər”, - deyə Fuad Nağıyev vurğulayıb.

Agentliyin sədri əlavə edib ki, Rusiya Azərbaycan üçün prioritet turizm bazarlarından biri olaraq qalır: “2024-cü ildən etibarən Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir, 2024–2026-cı illər üzrə imzalanmış Yol Xəritəsi isə turist axınının artımı üçün zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm xəritəsinə daxil edilməsi sahənin inkişafı üçün yeni imkanlar açır”.

Fotoqraf - Azər İbrahimov
Video - Vüsal Tağıyev
Seçilən
9
1
azertag.az

2Mənbələr