AZ

Putin ordusu Ukraynada növbəti dəfə sərnişin avtobusunu vurdu... DƏHŞƏTLİ GÖRÜNTÜ

ain.az bildirir, Moderator.az portalına istinadən.

Rusiya ordusu Ukraynada dinc əhalini terror etməyə davam edir və ictimai nəqliyyatı hədəf alır. 17 aprel səhər atəşi zamanı düşmən Xerson vilayətinin mərkəzində  sərnişin daşıyan mikroavtobusu vurub.

Moderator.az "TSN" kanalına istinadla xəbər verir ki, bu barədə Xerson Şəhər Hərbi Dairəsinin rəisi Yaroslav Şanko məlumat çatdırıb.

Hadisənin PUA, yaxud raket vasitəsilə törədildiyi, həmçinin ölən və yaralananlar barədə də məlumat verilmir.

İşğalçılar səhər saat 7:00(Bakı- 8:00) radələrində Dnepr rayonunda ictimai nəqliyyata da hücum ediblər. Bu dəfə özəl operatora məxsus mikroavtobus atəşə tutulub.

İlkin məlumatlara görə, sürücü və sərnişinlər xəsarət almayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
moderator.az

2Mənbələr