AZ

Aleksey Overçuk: Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var".Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib."Biz bilirik ki, Azərbaycanda rus dilinə nə qədər qayğı ilə yanaşılır - o, məktəblərdə tədris olunur. Həmçinin universitetlərimiz arasında əlaqələrin gücləndirilməsinə marağı da görürük. Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub", - A.Overçuk qeyd edib.Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət mövzuları da müzakirə edilib."Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna kömək edəcəyik", - deyə baş nazirin müavini vurğulayıb.Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
bizim.media

7Mənbələr