AZ

Fərhad Hacıyev: Müsabiqədən sonra 80-dən artıq qalibimizin kariyera yüksəlişi olub

Bakı, 17 aprel, AZƏRTAC

Yüksəliş müsabiqəsinin kadr ehtiyatı bankında hazırda 8 minədək iş yeri var.

Bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev AZƏRTAC-ın sualını cavablandırarkən deyib. O bildirib ki, platformadan istifadə etmək üçün dövlət və özəl sektor nümayəndələri üçn təlimlər təşkil olunub: “Platforma bizimlə əməkdaşlıq edən işəgötürənlər üçün açıqdır. Dövlət, xüsusilə də özəl sektor nümayəndələri bu platformadan yararlanırlar. Müsabiqədən sonra 80-dən artıq qalibimizin kariyera yüksəlişi olub”.

 

Müxbir - Aysel Azadqızı
Fotoqraf - İlqar Cəfərov
Seçilən
24
2
azertag.az

3Mənbələr