AZ

Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımından Azərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir - Nazir (ÖZƏL)

Antalya. Trend:

Sloveniya qaz təchizatının şaxələndirilməsi baxımındanAzərbaycanı mühüm istiqamət kimi nəzərdən keçirir.

Bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri BoyanKumer Antalya Diplomatiya Forumu çərçivəsində Trend-in xüsusi müxbirinəaçıqlamasında bildirib.

“Biz həmçinin Azərbaycanla uzunmüddətli tərəfdaşlığınqurulmasında maraqlıyıq. Ötən il Azərbaycanla əməkdaşlığımızıgenişləndirməyə və dərinləşdirməyə çalışdıq, lakin bundan əvvəl dədigər ölkələrlə tərəfdaşlıqlar inkişaf etdirmişik”, – deyə obildirib.

Nazirin sözlərinə görə, Sloveniya enerji resurslarının mənbələrivə marşrutlarının şaxələndirilməsi prosesindədir.

“Hazırda biz təchizatçılarımızı və marşrutlarımızışaxələndiririk. Azərbaycan bu prosesin bir hissəsidir. Bu,Sloveniyaya təbii qazın tədarükü və idxalı üçün əlavə bir marşrutbaxımından həqiqətən yaxşı bir həll yoludur”, – deyə Kumer qeydedib.

Məqalədə:
Seçilən
8
1
az.trend.az

2Mənbələr