AZ

Rza Tamer vəfat etdi

Rza
Türkiyəli müğənni Rza Tamer vəfat edib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilir ki, sənətçinin gecə saatlarında səhhəti qəfil pisləşib və o, dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan Rza Tamer təxminən bir saat əvvəl dünyasını dəyişib. Qeyd edək ki, müğənni “Popstar Türkiye” yarışmasından sonra geniş tanınıb. Daha sonra çətin həyat şəraiti ilə üzləşən sənətçi uzun müddət küçə həyatı yaşayıb. O, bir müddət sonra “Benden sonra” mahnısı ilə yenidən populyarlıq qazanmışdı.

Xatırladaq ki, Rza Tamer iyun ayında Bakıda keçirilməsi planlaşdırılan konsertini ləğv etmiş, səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi.

Seçilən
28
1news.az

1Mənbələr