AZ

Qatarlar Bakıdan Kürdəmirə 1 saat tez çatacaq

“Təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfərimiz baş tutdu. Müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq”.

Publika.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” (ADY) sədrinin müavini Arif Ağayev Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu stansiyanın yenidən xidmətə verilməsi əlamətdar hadisədir.

“Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir. “Azərbaycan Dəmir Yolları”nın buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq.

Başqa sözlə desək, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək.

Seçilən
3
2
publika.az

5Mənbələr