AZ

ADY 2030-cu ilədək 20 qatar alacaq

Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətinin bərpası ilə bağlı işlər nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb.

"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, orada bu istiqamət üzrə mövcud stansiyaların bərpası, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub. Həmçinin qatarların alışı ilə bağlı işlər aparılır. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır".

Seçilən
35
1
teleqraf.com

2Mənbələr