AZ

Afət Zeynalova: Qan Bankında yetərincə qan və qan komponentləri var

Bakı, 17 aprel, AZƏRTAC

Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən şəxslər daim nəzarətimiz altındadır. Biz qan komponentlərini lazımı miqdarda təmin edirik. Hazırda Respublika Qan Bankında yetərincə qan və qan komponentləri var.

Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Hemofiliya Günü münasibətilə keçirilən “Ailəm könüllüləri” adlı qanvermə aksiyasında Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova bildirib.

O vurğulayıb ki, Respublika Qan Bankının əsas prioriteti qan toplamaq, saxlamaq, tədarük etmək, infeksiyalardan yoxlamaq və təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, bu gün Ümumdünya Hemofiliya Günüdür. Hemofiliya qanın laxtalanma pozulması olub, qanda laxtalanma faktorlarının anadangəlmə çatışmazlığından qaynaqlanan ən ağır genetik xəstəliklərdən biridir.

Seçilən
7
azertag.az

1Mənbələr