AZ

Robert Köçəryan: Bu halda Ermənistan çökəcək

“Hamı başa düşür ki, Ermənistan iqtisadi cəhətdən çox asılıyıq və buna görə də insanlar bu qədər narahatdırlar. Əlaqələrim göstərir ki, narahatlıq səviyyəsi iş dünyasında da yüksəkdir".

 Ölkə.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert  Köçəryan İrəvan-Moskva arasındakı gərginliyi şərh edərkən deyib.

“Biz Rusiyadan çox asimmetrik şəkildə asılıyıq. İqtisadi əlaqələr kəsilərsə, Rusiya bunu hiss etməyəcək. Ermənistanla ticarət Rusiya iqtisadiyyatının yalnız 0,7%-ni təşkil edir. Lakin Ermənistan açıq şəkildə iqtisadi çöküşlə (kollapsla) üzləşəcək. İnsanlar bunu instinktiv olaraq hiss edirlər”, - Köçəryan vurğulayıb.

Mürtəza

Seçilən
16
2
olke.az

3Mənbələr