AZ

"Acı və boşluq": Orban məğlubiyyəti şərh edib

Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərindəki ağır məğlubiyyətini ilk dəfə açıq şəkildə şərh edərək bildirib ki, Macarıstanda siyasi era başa çatıb...

Poliqon xəbər verir ki, o, hökumətyönlü "Patriota" nəşrinə verdiyi müsahibədə nəticəni etiraf edərək deyib: "Bu, açıq məğlubiyyətdir. Məğlubiyyətin miqyası çox böyükdür".

Orbanın sözlərinə görə, o, qələbəyə əmin idi, lakin nəticə onu şoka salıb: "Acı və boşluq hiss etdim… Mən belə düşünürdüm ki, qalib gələcəyik".

12 aprel seçkilərində müxalif Tisa Partiyası, lideri Peter Macarın rəhbərliyi ilə, parlamentdə 199 mandatdan 138-ni qazanaraq konstitusiya çoxluğunu əldə edib. Hakim “Fides” partiyası isə cəmi 55 mandat qazanaraq müxalifətə keçib.

Orban nəticəyə görə məsuliyyəti qəbul edib. "Bu mənəm. Mən partiyanın lideriyəm", deyə bildirib və məğlubiyyətin tam məsuliyyətini öz üzərinə götürdüyünü vurğulayıb.

O, həmçinin etiraf edib ki, partiyası seçicilərlə əlaqəni itirib. "Rəqibin mesajı daha güclü oldu", deyə Orban bildirib və Macarın korrupsiyaya qarşı kampaniyasına işarə edib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr