AZ

Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası yenilənir

Yazını böyüt
Yazını kiçilt

Milli Azərbaycan Tarixi Muzeyində ekspozisiyanın yenilənməsi istiqamətində işlərə start verilib.

Hafta.az xəbər verir ki, Muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov açıqlamasında bildirib ki, həyata keçirilən yeniliklər çərçivəsində mövcud sərgi sahələrinin müasir tələblərə uyğunlaşdırılması və ziyarətçilər üçün daha maraqlı və interaktiv mühitin yaradılması planlaşdırılır.

Yenilənmə prosesi çərçivəsində ekspozisiyada bir sıra yeni bölmələrin yaradılması nəzərdə tutulur. Bu bölmələrdə Azərbaycanın qədim dövrlərindən başlayaraq müasir tarixədək olan mərhələləri daha əhatəli şəkildə təqdim ediləcək. Eyni zamanda, yeni texnologiyaların tətbiqi ilə tarixi materialların təqdimatı daha vizual və interaktiv formada təşkil olunacaq.

Yenilənmiş ekspozisiya həm yerli, həm də xarici ziyarətçilər üçün ölkənin zəngin tarixini daha dolğun şəkildə əks etdirəcək.

Seçilən
0
1
hafta.az

2Mənbələr