AZ

Çempionlar Liqasında Çempionşip təmsilçisi çıxış edə bilər

BAKI, 17 aprel. TELEQRAF

2026/2027 mövsümündə İngiltərə Çempionlar Liqasında Çempionşipdə iştirak edən komanda ilə təmsil oluna bilər.

Teleqraf xəbər verir ki, bu ehtimal Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçirildikdən sonra yaranıb. “Nottingem Forest” öz meydanında “Portu”nu 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəldikdən sonra (ilk oyun — 1:1) yaranıb.

Belə ki, hazırda “Nottingem Forest” mövsümün sonunda Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzədir. Belə bir hal baş verərsə və komanda Avropa Liqasını qazanarsa, növbəti mövsüm həm Çempionşipdə, həm də Çempionlar Liqasında çıxış edə bilər.

Qeyd edək ki, “Nottingem Forest” turnir cədvəlində 33 xalla 16-cı pillədə qərarlaşıb və 18-ci sıradakı “Tottenhem”i cəmi 3 xal qabaqlayır.

Seçilən
11
teleqraf.com

1Mənbələr