Həkim Markos Vaskes bildirib ki, yuxusuzluq problemi olan insanlar yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün bir vərdişə yiyələnməlidirlər.
Azreform.info xəbər verir ki, onun tövsiyəsi "Men’s Health" nəşrində yer alıb.
Həkim yuxusuzluq zamanı hər gün yatmazdan əvvəl 10 dəqiqə kitab oxumağı məsləhət görüb. O qeyd edib ki, bu vərdiş sayəsində melatonin, maqnezium və digər əlavələrə ehtiyac qalmaya bilər.
“Oxuyarkən sinir sistemi sakitləşir, ürək döyüntüləri azalır, nəfəs daha dərin olur və əzələlər boşalır. Kitab oxumaq beynin oyanıq vəziyyətdən istirahət rejiminə keçməsinə kömək edir”, - deyə mütəxəssis izah edib.
O əlavə edib ki, araşdırmalara görə həm kağız, həm də elektron kitab oxumaq mümkündür.
Həmidə İbrahimova