
ABŞ Tehrana maksimum təzyiq göstərmək üçün İrana qarşı “İqtisadi Qəzəb” əməliyyatına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat brifinqində bildirib.
“ABŞ maliyyə naziri Skott Bessent “İqtisadi Qəzəb” əməliyyatına başladı. Bu ABŞ hökuməti daxilində İrana iqtisadi təzyiqi maksimum dərəcədə artırır”, - deyə o bildirib.
Heqset həmçinin Tehranı ABŞ-nin bombardman miqyasını genişləndirməyə hazır olması barədə xəbərdar edib və İslam respublikasını ağıllı seçim etməyə çağırdı.