AZ

MPL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı, "Neftçi"nin "Zirə" sınağı

Misli Premyer Liqasında XXVIII tur başlayır. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq. Sumqayıtda baş tutacaq görüşü Rauf Cabarov idarə edəcək.

Günün mərkəzi oyununda isə "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. Rəşad Sadıqov vaxtilə şərəfini qoruduğu "ağ-qaralar"la duelə həm də ona görə prinsipial yanaşır ki, hər iki komanda çempionatdan avrokuboka vəsiqə uğrunda mübarizəni davam etdirmək əzmindədir. Bu mənada xüsusilə "Neftçi"yə qələbə hava-su kimi vacibdir.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası
XXVIII tur
17 aprel 

17:00. "Araz-Naxçıvan" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. "SOCAR Polymer Arena".

19:30. "Zirə" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Seçilən
3
fanat.az

1Mənbələr