AZ

Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Ölkə.az xəbər verir ki, bu, Azərbaycanın bölgələrinə hərəkət edən sərnişin qatarlarının növbəti dayanacağıdır.

Bakıdan Kürdəmirə qatar 3 saat 11 dəqiqəyə çatacaq.

Qeyd edək ki, aprelin 18-dən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı bu gündən başlayır.

Seçilən
21
8
olke.az

10Mənbələr