AZ

Papa istədiyini deyə bilər - Tramp

ABŞ prezidenti Donald Tramp Papa XIV Leo ilə görüşməyə ehtiyac görmür.

Azreform.info xəbər verir ki, ABŞ lideri bu barədə verilən suala cavab olaraq bildirib ki, o, bunun zəruri olduğunu düşünmür.

Tramp bildirib ki, Papa İranın nüvə silahına sahib ola bilməyəcəyini başa düşməlidir.

Lakin Tramp papaya qarşı sərt hücumlarından peşman olub-olmadığı ilə bağlı suala cavab verməyib.

"Mən düzgün olanı etməliyəm.Papa ilə razılaşmamaq hüququm var. Papa istədiyini deyə bilər və mən onun istədiyini deməsinə etiraz etmirəm, amma razılaşmaya da bilərəm", - o bildirib.

Elvin

Azreform.info

Seçilən
4
3
azreform.info

4Mənbələr