AZ

Braziliya prezidentindən Trampa sərt sözlər

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva Kubaya ölkəsinin humanitar böhranı aradan qaldırmaq üçün dərman və ərzaq yardımı etməyə hazır olduğunu bildirib.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Almaniyanın "Der Spiegel" jurnalına verdiyi müsahibədə bildirib.

Lula da Silva deyib: "Mən humanitar böhranı aradan qaldırmaq üçün Kubaya dərman və ərzaq verməyə hazıram". Braziliyanın niyə Kubaya neft göndərmədiyinə dair suala cavab olaraq, prezident qeyd edib ki, bu, milli neft və qaz şirkəti Petrobrasın səhmlərinin Wall Street-də ticarət edilməsi ilə bağlıdır.

Lula da Silva ABŞ prezidenti Donald Trampın xarici siyasətini də tənqid edib. "Tramp sülh imperatoru seçilməyib. O, digər ölkələri davamlı olaraq müharibə ilə təhdid edə bilməz", - deyə Braziliya prezidenti bildirib.

O, ölkəsinin ABŞ-ın Kubaya qarşı iqtisadi blokadasına qarşı çıxdığını qeyd edib.

"Biz həmçinin Trampın Venesueladakı hərəkətlərini də qəbuledilməz sayırıq. Bu dünyaya nizam gətirməliyik. Keçən il silahlara və ordulara 2,7 trilyon dollar xərclənib. Bu pulu Afrika və ya Latın Amerikasında aclıq və ya savadsızlıqla mübarizəyə xərcləmək daha yaxşı olardı", Silva bildirib.

Elvin

Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
olke.az

3Mənbələr