AZ

Tramp: İrana qarşı əməliyyat tezliklə başa çata bilər...

ABŞ prezidenti hərbi kampaniyanın plan üzrə getdiyini deyib, Vaşinqton və Tehran arasında yeni danışıqlara hazırlığın görüldüyünü açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin yaydığı canlı yayımda ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında danışıb. O, ABŞ-nin İrana qarşı hərbi əməliyyatının yaxın zamanda yekunlaşa biləcəyini bildirib və kampaniyanın gedişatını “çox uğurlu” kimi qiymətləndirib.

Donald Trampın sözlərinə görə, ABŞ bu əməliyyatda istədiyi addımı atmaq imkanına malikdir və mövcud vəziyyət Vaşinqtonun planlarına uyğun inkişaf edir. ABŞ prezidenti qeyd edib ki, İrana qarşı müharibə “olduqca rahat” gedir və bu prosesin uzun çəkməyəcəyini düşünür.

O, həmçinin İrana qarşı hərbi kampaniyanı məcburi addım kimi təqdim edib. Tramp bildirib ki, Vaşinqton bu ssenarini əvvəlcədən istəməsə də, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün belə addım atmağa məcbur qalıb. Onun fikrincə, ABŞ üçün əsas prioritet Tehranın nüvə proqramının hərbi istiqamətdə inkişaf etməsinə imkan verməməkdir.

ABŞ prezidenti çıxışında aprelin 12-də ABŞ və İran nümayəndələri arasında İslamabadda keçirilmiş danışıqlara da toxunub. O bildirib ki, tərəflər bir sıra məsələlər üzrə mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşdıra biliblər. Bununla belə, İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı əsas məsələlər üzrə yekun razılıq əldə olunmayıb.

Tramp eyni zamanda təsdiqləyib ki, Vaşinqton və Tehran yeni danışıqlar raunduna hazırlaşır. Bu, tərəflər arasında gərginliyin hərbi müstəvidən diplomatik kanallara daşınması baxımından mühüm siqnal kimi qiymətləndirilir. Lakin mövcud bəyanatlar göstərir ki, qarşıdakı mərhələdə həm hərbi təzyiq, həm də siyasi-diplomatik təmaslar paralel şəkildə davam edə bilər.

Poliqon.info

Seçilən
51
50
poliqon.info

10Mənbələr