AZ

Paltaryuyan maşına niyə duz tökmək lazımdır?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paltarların yuyulmasını daha asan və effektiv etmək üçün bahalı ləkəçıxarıcılara ehtiyac yoxdur. Məişətdə sınaqdan keçirilmiş bəzi üsullar adi xörək duzunun bu prosesdə möcüzələr yaratdığını göstərir.Demokrat.az xəbər verir ki, bu üsulu tətbiq etmək üçün paltaryuyan maşının barabanına yuyucu kapsulu qoyduqdan sonra üzərinə bir xörək qaşığı duz əlavə etmək kifayətdir. Eyni zamanda yuyucu toz bölməsinə bir qaşıq soda tökmək effekti daha da artırır. Yumşaldıcı əvəzinə isə sirkədən istifadə edilməsi tövsiyə olunur. Sirkə paltarları həm daha yaxşı yaxalayır, həm də onlara təbiilik bəxş edir. Xüsusilə pambıq parçalar üçün 60 dərəcə temperaturda və ikiqat yaxalama rejimində yuma ideal nəticə verir.Bu metod mürəkkəb ləkələri təmizləmək üçün əvəzsizdir. Duz və sodanın qarışığı süfrələrdəki, uşaq paltarlarındakı inadkar kirləri yox edir, ağ rəngli parçaların parlaqlığını geri qaytarır. Mütəxəssislər də təsdiqləyir ki, duz şərab, qan və tər ləkələri ilə mübarizədə olduqca effektivdir. Bundan əlavə, duz rəngli geyimlərin solmasının qarşısını alaraq onların yeni kimi qalmasını təmin edir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr