Baltik dənizi regionunda hərbi gərginlik sürətlə artır.
Musavat.com xəbər verir ki, İsveç ordusunun rəhbəri Mixail Klasson Britaniyanın The Times qəzetinə müsahibəsində Rusiyanın NATO-ya qarşı qəfil təxribat planları üzərində işlədiyini açıqlayıb.
Onun sözlərinə görə, Kreml Alyansın reaksiyasını yoxlamaq məqsədilə Baltik dənizində gözlənilməz addım ata bilər. Bu planın arxasında əsas məqsəd NATO-nun nə qədər sürətli və sərt cavab verəcəyini test etməkdir.
İsveçli general bildirib ki, mümkün hədəflərdən biri Qotland adasıdır. Hərbi baxımdan strateji əhəmiyyət daşıyan bu ərazi dənizdən hücum və ya hava-desant əməliyyatı ilə qısa müddətdə ələ keçirilə bilər.
Eyni zamanda vurğulanır ki, Moskvanın yalnız bir ssenari ilə kifayətlənmədiyi, müxtəlif variantlar üzərində işlədiyi ehtimal olunur. İsveç hərbi kəşfiyyatının son hesabatında da Rusiyadan gələn təhlükənin artmaqda davam etdiyi və regionda təhlükəsizlik risklərinin yüksəldiyi qeyd edilir.